Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Elektrik avadanlıqlarının,elektrik dolablarının və sistemlərinin quraşdırılması,texniki baxışı və təmiri ;
- Elektrik şəbəkələrinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları aradan qaldırmaq;
- Müəssisədə olan elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək,yaranan problemləri aradan qaldırmaq;
- Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğında mühafizə norma və qaydalarına əməl etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika mühəndisi” yazaraq elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.