Bizim üçün uyğun namizəd:
- Ali təhsilli olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
- SQL programlaşdırma dilini bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İşgüzar və məsuliyyətli olmalı;
Hansı işləri görəcəksiniz:
- ERP (Logo) proqramı üzrə müəssisə əməkdaşlarını təlimatlandırdırmaq;
- ERP proqramı üzrə çıxan problemlərin həlli;
- Gündəlik çıxan sorğuların icra edilməsi;
- SQL sorğular əsasında gündəlik biznes proseslərinin izlənilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisələrindən birində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Karyera inkişafı.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ERP üzrə mütəxəssis” yazaraq 04.01.2025-ci il tarixinədək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.