Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- Sürücülük vəsiqəsi olmalı;
- Azərbaycan dilini sərbəst,Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Malların təchiz edilməsi üçün gömrük rəsmiləşdirilməsi işlərini təşkil edir;
- Satışa gedən malların gömrük rəsmiləşdirilməsi işlərini həyata keçirir;
- Terminaldan yüklərin götürülməsi və şirkətin anbarına təhvil verilməsi;
- İdxal olunan yüklər üzrə Qısa Gömrük Bəyannaməsi və Yük Gömrük Bəyannaməsinin tərtibatı prosesinin elektron həyata keçirilməsi;
- Hökümət portalı vasİtəsi ilə gömrük əməliyyatların həyata keçirilməsi;
- Gömrük işlərinin təşkil edilməsinin optimal şəkildə təmin edilməsi üçün təkliflərin hazırlanmasını təmin edir;
- İdxal və ixrac olunan nəqliyyat vasitələrinin və digər yüklərin qanunvericilikdə nəzərdə tutulan müddətdə gömrük rəsmiləşdirilməsinin təmin edilməsini təşkil etməli;
- Gömrük işlərinin daha səmərəli qaydada təşkil olunması üçün təkliflər hazırlamalı və onların icrasını təmin etməli;
- Rəhbərin tapşırığına əsasən hesabatların hazırlanmasını təmin etməli.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Gömrük üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.