STP Global Cable STP Global Cable
  • 764

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 18 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“STP Global Cable” MMC, Hüquq bölməsi üzrə hüquqşünas vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel, Elektrik Avadanlıqları və Qaynar Sinkləmə zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1-2 il iş təcrübəsinə malik;
  • Azərbaycan dilini sərbəst bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Müqavilələrin tərtibi və yoxlanılması;
  • Məhkəmə və dövlət orqanlarında müəssisəni təmsil etmək;
  • İş və yaşama icazələrinin alınması və müddətinin uzadılması;
  • Məhkəmə və icra işlərinin reyestrinin aparılması və izlənməsi;
  • Hüquq menecerinin digər tapşırıqlarını icra etmək.        

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq 18.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily9
  • Weekly536
  • Monthly1671