STP Global Cable STP Global Cable
  • 137

Mühəndis-mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-mexanik

  • Deadline 26 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • AutoCad proqramında sərbəst işləmək bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Texniki çizgilərin oxunması və çəkilməsi bacarığına sahib olması;
  • Texniki sənədlər toplusunun hazırlanması;
  • Yağlanma prosedurlarını və yağların seçilmə spesifikasiyaları ilə işləmə təcrübəsinin olması;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təyin və təşkil edilməsi;
  • Avadanlıqların pasportunda qeyd olunan planlı təmir qrafikinə əsasən istehsal xətlərinin və avadanlıqların təmirinə hazırlıq işləri görmək, təmirə lazım olan mal-materialların anbardan alınmasını təşkil etmək, eyni zamanda anbarda olmayan materialların sifarişinin vaxtında açılmasın təmin etmək;
  • Tabeliyində olan təmirçi-çilingərlərlə təmir işlərini aparıb, sonunda icra tərtib edib xətti və ya avadanlığı istismara təhvil vermək;
  • Təmirçi çilingərlərin nizam-intizam və texniki təhlükəsizlik qaydalarına riayət edilməsənin nəzarətini aparmaq;
  • Kompressorlar və soyutma sistemləri (Çiller) barədə məlumata sahib olması;
  • Müxtəlif növ nasosların (su və vakuum) təmirində praktiki təcrübəyə sahib olması;
  • Pnevmatik və hidravlik sistemlər üzrə praktiki təcrübənin olması;
  • Ölçü alətlərindən istifadə bacarığı (ştangerpərgar, mikrometr) ;
  • Reduktorların təmirində və baxımında praktiki təcrübənin olması;
  • İstilik və soyuqluq keçiricilərinin təmiri və təmizlənməsində praktiki təcrübənin olması.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-mexanik” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.

  • Daily77
  • Weekly329
  • Monthly2172