STP Global Cable STP Global Cable
  • 344

Satınalma üzrə aparıcı mütəxəssis

  • Deadline 6 Fevral 2026

“STP GLOBAL CABLE” MMC Satınalma departamentinə “Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • Yerli və xarici bazar haqqında məlumatlı olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Problem həll etmə bacarığına malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Ehtiyyat hissələrinin araşdırılması və alınmasında təcrübəsinin olması;
  • Satınalma sorğularına nəzarət və yoxlanılması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;
  • ERP sistemində işləmə bacarığının olması.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq  [email protected] elektron poçt ünvanına və eyni zamanda Müraciət et düyməsində qeyd olunan linkə daxil olmaqla göndərilməsi xahiş olunur. 

  • Daily46
  • Weekly511
  • Monthly533