STP Global Cable STP Global Cable

Tornaçı-çilingər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tornaçı-çilingər

  • Deadline 22 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 4 il iş təcrübəsi;
  • Peşə məktəbi və ya texniki məktəbin mexanika, metal işləmə və ya əlaqəli ixtisası üzrə təhsil;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Mexaniki torna dəzgahlarının idarə olunması və quraşdırılması;
  • Texniki cizgiləri, sxemaları və iş tapşırıqlarını oxuyub anlamaq Mexaniki torna dəzgahlarının idarə olunması və quraşdırılması;
  • Ölçmə alətlərindən (mikrometr, ştangerpərgar, kalibrləmə və s.) istifadə etmə bacarığı;
  • İstehsal prosesində məhsulun dəqiqliklə hazırlanması və keyfiyyətə nəzarət;
  • Mexaniki frez, burğu, mişar avadanlıqlarını işlətmək bacarığı;
  • Dəzgahın normal iş rejimində saxlanması və sadə texniki xidmət göstərilməsi;
  • İş təhlükəsizliyi qaydalarına ciddi riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək;
  • Uzun müddət ayaqda dayanmaq və fiziki güc tələb edən iş şəraitinə uyğunluq;
  • Detallara diqqət yetirmək və iş prosesində səhvsiz olmaq;
  • İşə ciddi yanaşmaq, vaxtında və keyfiyyətli işləmək;;
  • Dəzgahda yaranan sadə problemləri tez və səmərəli həll etmək bacarığı.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tornaçı-çilingər” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily47
  • Weekly374
  • Monthly1939