Vəzifə öhdəlikləri:
- Hidravlik avadanlıqların quraşdırılması, sazlanması və texnikalara inteqrasiyasını həyata keçirmək;
- Quraşdırılmış hidravlik sistemlərin texniki istismar qaydalarına uyğun işləməsini təmin etmək;
- Hidronasos, hidroakumulyator və digər stansiyaların işini idarə etmək və nəzarətdə saxlamaq;
- Avadanlığın mexaniki və hidravlik qurğuların planlı və operativ təmirini təşkil etmək;
- Təzyiq, yağ dövranı, axın və temperatur rejimlərinin parametrlərini nizamlayaraq stabil iş rejimi qurmaq;
- Yağ nasoslarının, filtrlərin və soyutma roliklərinin texniki qulluq və baxımını həyata keçirmək;
- İstehsal və servis işləri zamanı texniki sənədlərlə işləmək, lazım olduqda təkliflər hazırlamaq və tətbiq etmək;
- Avadanlıqların hidravlik mexanizmlərinin inventarizasiyasında iştirak etmək və ehtiyat hissələrinin sifarişini təşkil etmək;
- İstehsalat sahəsində istismar olunan avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
- Avadanlıq, dəzgah və texnikaların hidravlik komponentlərinin texniki nasazlıqlarını vaxtında aşkarlamaq və aradan qaldırmaq;
- Məsuliyyət zonasında aşkar edilən çatışmazlıqlar, uyğunsuzluqlar və pozuntular barədə rəhbərliyə məlumat vermək.
Namizədə tələblər:
- Ali və orta ixtisas təhsilli (Hidravlika, Mexanika, Avtomobil və ya Hidrotexnika mühəndisliyi ixtisası üzrə) məzun olanlara ütünlük verilir;
- Hidravlik sxemləri oxumağı bilməsinə üstünlük verilir;
- Vəzifə üzrə 2-3 il iş təcrübəsi
- İstehsalat sahəsində (metal konstruksiya və maşınqayırma) təcrübəsi olması üstünlükdür.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Hidravlika üzrə usta” yazaraq göndərə bilərlər.