STP Metal Structures STP Metal Structures
  • 424

STP Metal Structures

Metal və dağ-mədən

Layihələrin idarə edilməsi üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihələrin idarə edilməsi üzrə menecer

  • Deadline 18 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihənin məqsədlərini, əhatə dairəsini, rol və məsuliyyətlərini müəyyən etmək;
  • Texniki şöbələrlə birgə layihələndirmə mərhələsində iştirak və texniki çertyojların uyğunluğunun yoxlanması;
  • İstehsalat mərhələsində texnoloji xəttin (kəsmə, qaynaq, boya, montaj və s.) layihəyə uyğunluğunun monitorinqi;
  • Daxili və xarici resurslara olan tələbatın müəyyən edilməsi, resursların əlçatanlığının və bölüşdürülməsinin idarə edilməsi;
  • Layihələrin ölçü, əhatə dairəsi, büdcə və təsir baxımından idarə edilməsi;
  • Layihələrin həcmini, nəticələrini və cədvəllərini müəyyən etməkdə layihə qruplarına rəhbərlik edilməsi;
  • Layihələrin gedişatının idarə olunması və icrası ilə bağlı inzibati idarəetmənin yaradılması;
  • Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllərin hazırlanması;
  • Tətbiqlərin texniki dizaynları və məlumat modellərinin yaradılması;
  • Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilməsi;
  • Müştəri tələblərinə cavab vermək və biznes hədəflərinə çatmaq məqsədi ilə müəssisə vizyonunun müəyyənləşdirililməsi və yönləndirilməsi;
  • Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarını yaratmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühəndislik üzrə təhsil üstünlükdür)
  • Layihələrin idarəedilməsi sahəsində rəhbər vəzifədə ən azı 4-5 il iş təcrübəsi;
  • Layihələrin idarəedilməsi (PMI – PMP) sertifikatına üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan – səlis, İngilis dili – əla, rus dili – arzuolunan;
  • Metal konstruksiyaların dizaynı və istehsalı prosesləri üzrə biliklərə sahib olmaq;
  • Ən azı bir 3D dizayn və ya texniki sənədləşdirmə proqramını (AutoCAD, SolidWorks, ya da CATIA) iş təcrübəsində istifadə etmiş olmaq;
  • Maşınqayırma, humanitar və ya mülki texnika qoşqu/yarımqoşqu istehsalı layihələrində iştirak təcrübəsi üstünlükdür;
  • Müxtəlif ölçülü layihə qruplarına rəhbərlik etmək və layihənin sonunadək izlənməsi;
  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Layihələrin idarəedilməsi metodologiyaları haqqında biliklərə sahib olmaq;
  • Güclü liderlik və idarəetmə bacarıqları.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Layihələrin idarə edilməsi üzrə menecer” yazaraq göndərə bilərlər.

  • Daily61
  • Weekly620
  • Monthly1701