STP Metal Structures STP Metal Structures
  • 636

STP Metal Structures

Metals & Mining

Mexanika Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika Mühəndisi

  • Deadline 1 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Texnikaların üzərində yerləşən şassi, platforması və digər mexaniki hissələrin quraşdırma işlərinə texniki rəhbərlik etmək;
  • Yığım prosesində iştirak edən ustalara və texnik heyətə koordinasiya və nəzarət etmək;
  • Quraşdırma zamanı texniki çertyojların və sxemlərin düzgün tətbiqinə nəzarət etmək;
  • Avadanlıqların və texnikaların texniki istismarını, saz vəziyyətdə olmasını və fasiləsiz işləməsini təmin etmək;
  • İllik və cari təmir planlarının, həmçinin texniki baxış və sınaq cədvəllərinin hazırlanmasını təşkil etmək;
  • İstehsalat sahəsində mexaniki problemlərin aradan qaldırılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • İllik material və ehtiyat hissələri tələbatını müəyyən etmək və büdcə planlaşdırılmasında iştirak etmək;
  • Tələb olunduqda podratçı təşkilatlarla koordinasiya aparmaq, onlara texniki sənədlər təqdim etmək və quraşdırma keyfiyyətini izləmək;
  • Çertyojların oxunması, dəyişdirilməsi və texniki sənədlərlə işləmə bacarığına malik olmaq;
  • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək və funksional hesabatlılığı təmin etmək.

Namizədə tələblər:

  • Ali texniki təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Avtomatika və ya digər əlaqəli sahələr üzrə bakalavr və ya magistr)
  • Güc, moment, dönmə momenti, enerji, qüvvə və iş prinsipləri haqqında bilikləri olmalı;
  • Vəzifə üzrə 3-5 il iş təcrübəsi 
  • İstehsalat sahəsində təcrübəsi olsun
  • CAD proqramları (AutoCAD, SolidWorks, Inventor və s.) ilə işləmə bacarığı
  • Texniki hesabatların və sənədlərin hazırlanması
  • Ölçü və diaqnostika alətləri ilə işləmə bacarığı

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş yeri: Sumqayıt şəhəri
  • Nahar şirkət tərəfindən verilir
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Mexanika mühəndisi” yazaraq göndərə bilərlər.

  • Daily133
  • Weekly372
  • Monthly491