Vəzifə öhdəlikləri:
- Layihə çertyojlarını, dizayn rəsmlərini və texniki təsvirləri diqqətlə nəzərdən keçirmək və anlayaraq icra olunmasına nəzarət etmək.
- İstehsalat proseslərinin müvafiq texniki tələblərə, təsdiq edilmiş layihə sənədlərinə, şirkət standartlarına və müştəri tələblərinə uyğun aparılmasını nəzarətdə saxlamaq.
- Layihə çərçivəsində təsdiq edilmiş qaynaq proseduru spesifikasiyaları (WPS), texniki standartlar və digər normativ sənədləri təhlil edərək, onların sahədə düzgün və tam şəkildə tətbiqinə nəzarət etmək.
- İnspeksiya və Test Planı (ITP) sənədini başa düşmək, bu plana uyğun yoxlama və test fəaliyyətlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.
- Qaynaq elektrodları və digər materialların anbar şəraitini gündəlik yoxlamaq, saxlamaya dair qeydiyyatları aparmaq, uyğun olmayan şərait barədə dərhal məlumat vermək.
- Kəsmə əməliyyatından sonra, ilkin yığma mərhələsində və qaynaqdan sonra məhsul ölçülərini yoxlamaq, texniki çertyojlarla uyğunluğunu qiymətləndirmək.
- Qaynaq prosesinin bütün mərhələlərində (əvvəl, proses zamanı və sonra) vizual və texniki yoxlamalar həyata keçirmək;
- Qaynaq birləşmələrinin formasının, ölçülərinin və səth keyfiyyətinin WPS (Qaynaq Proseduru Spesifikasiyası) tələblərinə uyğunluğunu yoxlamaq.
- İstehsalatda istifadə olunan avadanlıqların (qaynaq, kəsmə, əymə və.s) kalibrasiyasını, texniki və sazlığından əmin olmaq, uyğun olmayan avadanlıqların istifadəsinə yol verməmək və aidiyyəti üzrə məlumat vermək.
- Qaynaqçıların və digər operatorların təsdiq edilmiş proses üzrə ixtisas uyğunluğunu, etibarlı sertifikat və identifikasiya kartlarının mövcudluğunu yoxlamaq.
- Aparılmış qaynaq və ölçmə nəzarəti üzrə nəticələrin qeydiyyatı və aidiyyəti hesabatların hazırlanması.
- Uyğunsuz məhsul və prosesləri müəyyən etmək, müvafiq şəkildə işarələyərək təcrid etmək, karantinə almaq, aidiyyəti üzrə KT/KN Şöbəsinin rəhbərinə məlumat vermək, kök səbəb təhlilində iştirak etmək.
- Aşkarlanmış qüsurlar üzrə düzəldici və qarşısının alınması tədbirləri təklif etmək, icrasına nəzarət etmək və effektivliyini qiymətləndirmək.
- Müfəttiş ona təhkim olunmuş avadanlıqların kalibrləndiyindən, istifadəyə yararlı və hazır vəziyyətdə olduğundan əmin olmalıdır.
- İş zamanı təhlükəsiz iş qaydalarına, keyfiyyət və məhsuldarlıq standartlarına və şirkətin işgüzar davranış kodeksinə riayət etmək.
Namizədə tələblər:
- Ali təhsilli
- Vəzifə üzrə 3 il iş təcrübəsi
- İstehsalat sahəsində təcrübəsi olsun
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Qaynaq və Ölçüyə Nəzarət Üzrə Müfəttiş” yazaraq göndərə bilərlər.