Vəzifə Öhdəlikləri
- İstehsalat mühitində keyfiyyət təminatı və keyfiyyətə nəzarət prinsipləri üzrə güclü bilik və praktiki təcrübə;
- İstehsal proseslərində keyfiyyətə nəzarət, proses intizamı, texnoloji ardıcıllıq və məhsul tələblərinə uyğunluğun təmin edilməsi sahəsində təcrübə;
- Uyğunsuzluqların aradan qaldırılması, kök səbəblərin təhlili, düzəldici tədbirlər, profilaktik tədbirlər və proses kənarlaşmalarının idarə olunması üzrə bilik və tətbiq təcrübəsi;
- İstehsalat sahələrində keyfiyyət problemlərinin müəyyən edilməsi, analiz olunması və aradan qaldırılması üzrə praktiki bacarıq;
- Proseslərin sabitliyi, təkrarlanan qüsurların azaldılması, keyfiyyət intizamının gücləndirilməsi və əməliyyat risklərinin idarə olunması üzrə təcrübə;
- Giriş nəzarəti, prosesdaxili nəzarət və son məhsulun keyfiyyət yoxlamalarının təşkili və nəzarəti üzrə anlayış;
- Texniki sənədlər, spesifikasiyalar, prosedurlar, iş təlimatları, yoxlama planları və keyfiyyət qeydləri ilə işləmək bacarığı;
- Daxili auditlər, yoxlamalar, uyğunsuzluqların qeydiyyatı və icra intizamına nəzarət üzrə təcrübə;
- İstehsalat, əməliyyat, texniki xidmət və digər aidiyyəti bölmələrlə effektiv koordinasiya qurmaq bacarığı;
- Keyfiyyət göstəricilərinin təhlili, problemli sahələrin müəyyən edilməsi və yaxşılaşdırma tədbirlərinin hazırlanması üzrə bacarıq;
- İşçi heyətinə keyfiyyət tələblərinin tətbiqi, sahədə nəzarətin təşkili və icra səviyyəsinin yüksəldilməsi üzrə liderlik bacarığı;
- Güclü analitik düşüncə, qərarvermə, problem həll etmə və proseslərə sistemli yanaşma;
Tələblər
- ISO və digər keyfiyyət idarəetmə sistemləri üzrə bilik və təcrübə;
- Keyfiyyət auditləri, proses təkmilləşdirmə layihələri və standartlaşdırma işlərində iştirak təcrübəsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.