STP / Sumqayıt Texnologiyalar Parkı MMC STP / Sumqayıt Texnologiyalar Parkı MMC
  • 160

STP / Sumqayıt Texnologiyalar Parkı MMC

Sənaye

Usta (elektrik mühəndisi)

Usta (elektrik mühəndisi)

  • Deadline 13 June 2026

Vəzifəyə dair əsas tələblər, səriştələr:

  • Təhsil - Ali təhsil-Bakalavr /Ali texniki (elektrik/energetika sahəsi üzrə)
  • Sahə üzrə təcrübə tələbi - 3-5 il
  • Kompüter bilikləri - MS Office

Vəzifə Öhdəlikləri

  • Müəssisə ərazisində yarımstansiyaların və elektrik avadanlıqlarının operativ istismarının təmin edilməsi
  • Növbənin təhvil-təsliminin normativ qaydalara uyğun aparılması
  • Elektrik sxemlərinə uyğun açma-bağlama əməliyyatlarının icrası və avadanlıqların iş rejiminə nəzarət
  • Elektrik avadanlıqlarına gündəlik baxışların keçirilməsi və aşkar edilən nasazlıqların operativ jurnalda qeyd olunması
  • Qəza hallarında operativ qərarların verilməsi, nasazlıqların aradan qaldırılmasına rəhbərlik və rəhbərliyə məlumat verilməsi
  • Ölçmə cihazlarının göstəricilərinin qeydiyyatı
  • Naryad və sərəncam əsasında aparılan işlərin təhlükəsizlik qaydalarına uyğun icrası
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi

Tələblər

  • Ali texniki (elektrik/energetika sahəsi üzrə) təhsil
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • 6/10/35/110 kV-luq yarımstansiyaların istismar prinsiplərini bilməli
  • Elektrik sxemləri və sadə texniki cizgiləri oxuma bacarığına malik olmalı
  • Yüksək gərginlikli avadanlıqlar, transformatorlar, fiderlər, rele mühafizəsi üzrə baza biliklər
  • Operativ jurnal və texniki sənədlərlə işləmək bacarığı
  • Qəza hallarında təhlükəsiz və çevik qərarvermə bacarığı
  • Məsuliyyətlilik, diqqətlilik və növbəli iş rejimində işləmək istəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily121
  • Weekly303
  • Monthly1109