Vəzifəyə dair əsas tələblər, səriştələr:
- Təhsil - Ali təhsil-Bakalavr /Ali texniki (elektrik/energetika sahəsi üzrə)
- Sahə üzrə təcrübə tələbi - 3-5 il
- Kompüter bilikləri - MS Office
Vəzifə Öhdəlikləri
- Müəssisə ərazisində yarımstansiyaların və elektrik avadanlıqlarının operativ istismarının təmin edilməsi
- Növbənin təhvil-təsliminin normativ qaydalara uyğun aparılması
- Elektrik sxemlərinə uyğun açma-bağlama əməliyyatlarının icrası və avadanlıqların iş rejiminə nəzarət
- Elektrik avadanlıqlarına gündəlik baxışların keçirilməsi və aşkar edilən nasazlıqların operativ jurnalda qeyd olunması
- Qəza hallarında operativ qərarların verilməsi, nasazlıqların aradan qaldırılmasına rəhbərlik və rəhbərliyə məlumat verilməsi
- Ölçmə cihazlarının göstəricilərinin qeydiyyatı
- Naryad və sərəncam əsasında aparılan işlərin təhlükəsizlik qaydalarına uyğun icrası
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi
Tələblər
- Ali texniki (elektrik/energetika sahəsi üzrə) təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- 6/10/35/110 kV-luq yarımstansiyaların istismar prinsiplərini bilməli
- Elektrik sxemləri və sadə texniki cizgiləri oxuma bacarığına malik olmalı
- Yüksək gərginlikli avadanlıqlar, transformatorlar, fiderlər, rele mühafizəsi üzrə baza biliklər
- Operativ jurnal və texniki sənədlərlə işləmək bacarığı
- Qəza hallarında təhlükəsiz və çevik qərarvermə bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və növbəli iş rejimində işləmək istəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.