Vəzifə Öhdəlikləri
- İstehsalat, inzibati və texniki sahələrdə yanğın risklərinin qiymətləndirilməsi, uyğunsuzluqların müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin icrasına nəzarət edilməsi;
- Yanğın hadisələri üzrə ilkin araşdırmaların aparılması, səbəblərin müəyyənləşdirilməsi və hesabatların hazırlanması;
- Yanğınsöndürmə vasitələri, hidrantlar və digər yanğınsöndürmə avadanlıqları ilə işləmə bacarığı;
- Fövqəladə hallar zamanı komanda şəklində işləmək, çevik qərar vermək və təlimatlara uyğun hərəkət etmək bacarığı;
- Yanğın patrulu, gündəlik/növbəlik yoxlamalar və fövqəladə hallar üzrə təlim-məşqlərdə iştirak bacarığı;
- Fiziki cəhətdən sağlam, dözümlü və fövqəladə şəraitdə işləməyə uyğun olmaq;
- İntizamlı, məsuliyyətli və operativ reaksiya vermək qabiliyyətinə malik olmaq;
- Yanğın və digər fövqəladə hallar zamanı ilkin operativ müdaxilənin həyata keçirilməsi, yanğının söndürülməsi və yayılmasının məhdudlaşdırılması, insanların təhlükəsiz təxliyəsinin təmin edilməsi, zəruri hallarda xilasedici tədbirlərin görülməsi;
Tələblər
- Yanğınsöndürmə sahəsində və ya peşəkar yanğınsöndürmə komandasında minimum 7-10 il iş təcrübəsi;
- Yanğın təhlükəsizliyi qaydaları, tikinti normaları və beynəlxalq standartlar üzrə biliklər;
- Fövqəladə hallara hazırlıq məqsədilə təlim və təxliyə məşqlərinin təşkil edilməsi bacarığı;
- Müvafiq yanğınsöndürmə (fire fighting advanced), fövqəladə hallar, xilasetmə və ilkin tibbi yardım üzrə sertifikatların olması, Sənaye müəssisələri, zavodlar, istehsalat sahələri, anbar kompleksləri, enerji obyektləri və digər yüksək riskli obyektlərdə iş təcrübəsi üstünlük hesab olunur.
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.