Yenilikçi, texnoloji təşəbbüslərdə iştirak edəcək ixtisaslı mütəxəssislər/mühəndislər və istedadlı texniki kadrlar axtarırıq.
Özünə və peşəkarlığına güvənən, texnoloji sahədə təcrübəsi olan və ya bu sahədə inkişaf etmək istəyən şəxsləri komandamıza qoşulmağa dəvət edirik.
- Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər
- İstehsalın planlaşdırılması və nəzarəti (PP&C) üzrə mütəxəssislər
- Satınalma üzrə mütəxəssislər
- Son montaj operatorları (montaj, üst qat tətbiqi, etiketləmə və qablaşdırma)
- X-ray operatorları
- Forklift /damperli yük maşını sürücüləri
- Termik emal operatorları
- Metallurgiya sahəsində təcrübəsi olan mühəndis və operatorlar
- İstehsal robotları ilə iş təcrübəsi olan elektrik və avtomatika mühəndisləri, texniklər
- Müxtəlif sahələrdə istehsal, proses və inteqrasiya mühəndisləri (mexaniki, metal emalı, kompozit materiallar, yanacaq və s.)
- Müxtəlif sahələrdə istehsalat texnoloqları (mexaniki, metal emalı, kompozit materiallar, yanacaq və s.)
- Kimyəvi birləşmələrin istehsalı üzrə operatorlar (neft-kimya, qida, dərman istehsalı sahəsindən olanlara üstünlük verilir)
STP xüsusi layihələr komandasına qoşulmağın üstünlükləri:
- Ölkəyə müasir texnologiyaların transferi layihələrində yaxından iştirak imkanı;
- Yerli və xarici mütəxəssislərdən davamlı təcrübə toplama imkan;
- Güclü komandanın və korporativ mühitin əsas hissəsi olmaq;
- Rəqabətli əmək haqqı və digər müavinətlər.
Maraq göstərən şəxslər azərbaycan və ya ingilis dilində hazırlanan CV-lərini mövzu yerinə vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər. Yalnız mövzu yerində vakansiyanın adı qeyd olunan müraciətlərə baxılacaq.