S Strata
  • 257

Strata

Tikinti

İnşaat mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat mühəndisi

  • Deadline 4 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumatlar: 

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək);
  • 6 günlük iş qrafiki: (həftə içi 5 gün - 09:00-17:00, 6-cı gün - 09:00-14:00)
  • Vakansiya növü - tam ştat;
  • Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Ştq, Sakit Qocayev, ev 21.

İşin Təsviri:

  • Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
  • Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
  • Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
  • Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
  • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini;
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 və Forma-3 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi.
  • Aylıq və gündəlik hesabatların hazırlanması.

Tələblər:

  • İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • İnşaat sahəsi 3 ildən yuxarı iş təcrübəsi;
  • Proqram bilikləri: AutoCAD, MS Excel, MS Word;
  • Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
  • İşində dəqiq və məsuliyyətli olmalıdır;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Komandada işləmə bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.

  • Daily0
  • Weekly473
  • Monthly476