S Strata
  • 1.1K

Strata

Tikinti

Maliyyə direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə direktoru

  • Deadline 8 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumatlar: 

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 3000 AZN;
  • 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Nahar şirkət tərəfindən verilir;
  • Vakansiya növü - tam ştat;
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

İşin Təsviri:

  • Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək;
  • Büdcənin hazırlanması üçün zəruri olan məlumatları toplamaq və nəzarət etmək;
  • Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
  • Gəlir və xərc proqnozlarını hazırlamaq;
  • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün formada təqdim edilməsi; 
  • Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək; 
  • Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və xərclərinin qarşısının alınması məqsədilə digər bölmələrlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
  • Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabatın təqdim edilməsi;
  • 1C: Mühasibat 8.3 (və ya müvafiq versiya) proqramında əməliyyatların aparılmasını dərindən bilmək, daxil edilən sənədlərin yoxlanılması, hesabatların hazırlanması, (ƏDV, DSMF, mənfəət vergisi, kassa, bank və s.) dövriyyə cədvəlləri, qalıq və hərəkət hesabatları ilə işləmək,
  • Debitor və kreditor borcların nəzarəti və analizini apara bilmək;
  • Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək;
  • Aylıq və gündəlik daxili hesabatların hazırlanması.

Tələblər:

  • Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsi üzrə 5 ildən yuxarı iş təcrübəsi;
  • Sertifikat: ACCA, CFA, Financial Reporting və ya ekvivalent sertifikata üstünlük verilir;
  • 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Analitik düşünmə qabiliyyəti və strateji yanaşma;
  • Rəhbərlik və komanda idarəetmə bacarığı.

Aşağıdakıları bilməlidir:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
  • E-taxes.gov.az, E-gov.az portallarında işləmə təcrübəsi;
  • İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • Maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini; 
  • Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, debitor borclarının silinməsi saxlanılması və xərclənməsi qaydalarını;
  • Debitor və kreditorlarla hesablaşma, yoxlanış və sənədli təftişin qaydalarını;
  • Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını; 
  • Bank ödəniş tapşırıqlarının hazırlanması.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Maliyyə direktoru” qeyd etməklə göndərə bilərsiniz.

Öncədən təşəkkürlər. 

  • Daily0
  • Weekly610
  • Monthly1178