Port Baku ərazisində fəaliyyət göstərəcək Art Studio-ya Administrator (Reception) vəzifəsi üzrə xanım əməkdaş axtarılır
Əsas vəzifə öhdəlikləri:
* Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması və yönləndirilməsi;
* Müştərilərə studiyanın xidmətləri və fəaliyyət istiqamətləri haqqında ilkin məlumatın verilməsi;
* Daxil olan telefon zənglərinin cavablandırılması;
* Müştərilərin qeydiyyatının aparılması və dərs / məşğələ cədvəlinin koordinasiyası;
* Görüşlərin və məşğələlərin vaxtının planlaşdırılması;
* Gündəlik inzibati işlərin və sənədləşmənin həyata keçirilməsi;
* Müştərilərlə peşəkar və nəzakətli ünsiyyətin təmin edilməsi;
* Studiyada səliqə-sahmanın və ümumi iş mühitinin nəzarətdə saxlanılması;
* Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi.
Namizədə dair tələblər:
* Ali təhsil;
* Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
* Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
* Yüksək ünsiyyət və təqdimat bacarıqları;
* Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
* Məsuliyyətli, diqqətli və punktual olmaq;
* Səliqəli xarici görünüş və peşəkar davranış.