Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Qeydiyyatçı / Administrator vəzifəsinə təcrübəçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması;
- Müştərilərə studiyanın xidmətləri, dərslər və master-klasslar haqqında məlumat verilməsi;
- Telefon zənglərinin və müraciətlərin cavablandırılması;
- Dərs cədvəlinin və rezervasiyaların idarə edilməsinə dəstək göstərilməsi;
- Müştəri məlumatlarının qeydiyyatının aparılması;
- Gündəlik inzibati və təşkilati işlərə dəstək göstərilməsi;
- Studiyada səliqəli və xoş qarşılanma mühitinin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Səliqəli və baxımlı xarici görünüş;
- Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
- Təcrübə müddətində əməkhaqqı nəzərdə tutulmur;
- Premium konseptli Art Studio-da praktiki təcrübə qazanmaq imkanı;
- Müştəri xidməti və inzibati idarəetmə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi;
- Peşəkar komanda ilə işləmək və yeni təcrübə əldə etmək imkanı;
- Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.