Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Qeydiyyatçı / Administrator vəzifəsinə təcrübəçi axtarılır.
Vəzifə öhdəlikləri:
* Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması;
* Müştərilərə studiyanın xidmətləri, dərslər və master-klasslar haqqında məlumat verilməsi;
* Telefon zənglərinin və müraciətlərin cavablandırılması;
* Dərs cədvəlinin və rezervasiyaların idarə edilməsinə dəstək göstərilməsi;
* Müştəri məlumatlarının qeydiyyatının aparılması;
* Gündəlik inzibati və təşkilati işlərə dəstək göstərilməsi;
* Studiyada səliqəli və xoş qarşılanma mühitinin təmin edilməsi.
Namizədə tələblər:
* Ali təhsil mütləqdir;
* Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
* Yüksək ünsiyyət və təqdimat bacarıqları;
* Səliqəli və baxımlı xarici görünüş;
* Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
* Komandada işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
* Təcrübə müddətində əməkhaqqı nəzərdə tutulmur;
* Premium konseptli Art Studio-da praktiki təcrübə qazanmaq imkanı;
* Müştəri xidməti və inzibati idarəetmə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi;
* Peşəkar komanda ilə işləmək və yeni təcrübə əldə etmək imkanı;
* Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi.