Biznesin İnkişafı üzrə Menecer

  • Истекает 30 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

StudyLab yeni təhsil istiqamətlərinin inkişafı, beynəlxalq layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təşəbbüskar, yaradıcı və nəticəyönümlü mütəxəssis axtarır. 

Əsas vəzifə öhdəlikləri

  • Xarici universitetlər, beynəlxalq məktəblər və təhsil təşkilatları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.
  • Yeni biznes imkanlarının araşdırılması, təhsil xidmətlərinin və məhsullarının hazırlanması, yeni fəaliyyət istiqamətlərinin yaradılması.
  • Yeni müştəri seqmentlərini, xidmət istiqamətlərini və gəlir imkanlarını müəyyənləşdirmək.
  • IELTS, TOEFL, SAT, CSCA və digər beynəlxalq imtahanlara hazırlıq xidmətləri üzrə yeni müştəri və tərəfdaş kanalları yaratmaq.
  • Əməkdaşlıq təkliflərini, tərəfdaşlıq modellərini və biznes şərtlərini hazırlamaq.
  • Beynəlxalq imtahanlara və olimpiadalara hazırlıq, məktəblilərin inkişaf proqramları və mövsümi xarici təhsil səfərləri daxil olmaqla, yeni təhsil məhsullarının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi.
  • Xaricdə yay və qış məktəblərinin, akademik səfərlərin, beynəlxalq düşərgələrin və qısamüddətli təhsil proqramlarının təşkili.
  • Beynəlxalq olimpiadaların, akademik yarışların və müsabiqələrin təşkilatçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması.
  • İnformasiya texnologiyaları məktəbləri, elm və texnologiya mərkəzləri və gənclər təşkilatları ilə birgə layihələrin hazırlanması.
  • 9–10-cu siniflərdən başlayaraq şagirdlərin akademik və dərsdənkənar fəaliyyətlərinin inkişafına yönəlmiş proqramların hazırlanması: könüllülük, liderlik, tədqiqat, sosial və texnoloji layihələr.

Namizədə tələblər

  • Biznesin inkişafı, strateji tərəfdaşlıqlar və ya layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi.
  • Yeni layihələrin hazırlanması və həyata keçirilməsi bacarığı.
  • Güclü danışıqlar aparmaq, təqdimat etmək və işgüzar əlaqələr qurmaq bacarığı.
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək. İngilis dili (C1 səviyyə).
  • Strateji və yaradıcı düşüncə, təşəbbüskarlıq və müstəqil işləmək bacarığı.
  • Təhsil və beynəlxalq layihələr sahəsində təcrübə üstünlük hesab olunur.

Vəzifənin əsas məqsədi

  • StudyLab üçün yeni inkişaf imkanları yaratmaq, kommersiya baxımından perspektivli təhsil layihələrini həyata keçirmək və strateji tərəfdaşlıq şəbəkəsini genişləndirmək. 

Maraqlanan namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Bazar ertəsi – Cümə 10:00 -19:00  / Şənbə 10:00  - 16:00
  • Ödəniş: əmək haqqı: 800-1200
  • “StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti  39A

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!

  • Daily78
  • Weekly529
  • Monthly2498