S STV Engineering
  • 163

STV Engineering

Construction

Fasad üzrə QA/QC mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fasad üzrə QA/QC mühəndisi

  • Deadline 14 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Baku Azerbaijan

Layihə növü: Hündürmərtəbəli bina tikintisi
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün

STV Engineering hündürmərtəbəli bina layihəsi üzrə təcrübəli və sənədləşmə sahəsində bacarıqlı Fasad üzrə QA/QC mühəndisi axtarır. Namizəd layihənin texniki sənədlərinə və keyfiyyət standartlarına uyğun olaraq fasad işlərinə nəzarət etməli, sənədləşməni düzgün və vaxtında təqdim etməlidir.

Əsas vəzifələr:

  • Sahədə fasad işlərinə gündəlik nəzarət və yoxlamaların həyata keçirilməsi
  • ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR, MIR və digər keyfiyyət sənədlərinin hazırlanması və təqibi
  • Fasad işlərinin layihəyə, spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunun təmin olunması
  • Subpodratçılarla və müşavir komandası ilə keyfiyyət məsələləri üzrə koordinasiya
  • As-built sənədlərinin hazırlanması və müvafiq yoxlama qeydlərinin arxivləşdirilməsi
  • Daxili auditlərdə və müştəri yoxlamalarında iştirak
  • Fasad materiallarının qəbul prosesi, mock-up qurğuları və montaj ardıcıllığının yoxlanması

Tələblər:

  • Mülki mühəndislik, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
  • Fasad sahəsində, xüsusilə hündürmərtəbəli binalarda minimum 5 il iş təcrübəsi
  • Fasad sistemləri üzrə texniki biliklər: unitized, stick, ACP, curtain wall, daş üzlüklər və s.
  • Keyfiyyət nəzarəti sənədlərinin hazırlanması üzrə bacarıq və təcrübə
  • Ünsiyyət və komanda ilə işləmə bacarığı
  • Müvafiq proqramlarla (MS Office, AutoCAD və s.) işləmə bacarığı
  • Təşəbbüskar və məsuliyyətli yanaşma

Müraciət qaydası:

  • Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və müvafiq sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • E-poçtun mövzu hissəsində “Fasad üzrə QA/QC mühəndisi – [Sizin adınız]” qeyd olunmalıdır.
  • Daily52
  • Weekly264
  • Monthly1423