S STV Engineering
  • 266

STV Engineering

Tikinti

QA/QC mühəndisi (Mülki işlər)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

QA/QC mühəndisi (Mülki işlər)

  • Deadline 14 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün

STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri üçün mülki işlər üzrə QA/QC mühəndisi axtarır. Namizəd sahədə icra olunan beton, bünövrə, kərpic hörgüsü, su izolyasiyası və digər mülki işlərin layihə, texniki spesifikasiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.

Əsas vəzifələr:

  • Sahədə gündəlik tikinti proseslərinə nəzarət və keyfiyyət yoxlamalarının həyata keçirilməsi
  • Beton tökmə, qəlibləmə, armaturlama, su izolyasiyası və s. üzrə texniki nəzarət
  • Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP-lər, yoxlama siyahıları, metod bəyanatları, MIR, NCR və s.
  • As-built sənədlərinin hazırlanması və yoxlanması
  • Subpodratçılar və layihə komandası ilə koordinasiyalı şəkildə işləmək
  • Material qəbul proseslərinə və laboratoriya testlərinə nəzarət
  • Yüksək keyfiyyət standartlarına uyğun icranın təmin edilməsi
  • Keyfiyyət üzrə daxili və xarici auditlərdə iştirak
  • Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması

Tələblər:

  • Mülki mühəndislik üzrə ali təhsil
  • Mülki işlər üzrə QA/QC sahəsində minimum 5 il iş təcrübəsi
  • Tikinti çertyojlarını oxuma və texniki spesifikasiyalarla işləmə bacarığı
  • MS Office, AutoCAD və digər texniki proqramlarda işləmə bacarığı
  • ISO 9001 və müvafiq keyfiyyət sistemləri üzrə bilik
  • Sahə nəzarəti, sənədləşmə və texniki hesabat hazırlama bacarığı
  • Problemlərin operativ həlli və komandada işləmə bacarığı
  • Detallara diqqətli və məsuliyyətli iş yanaşması

Müraciət qaydası:

  • Maraqlanan namizədlər öz yenilənmiş CV-ləriniəlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
  • E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mülki işlər) – [Sizin Adınız]” qeyd olunmalıdır.
  • Daily116
  • Weekly328
  • Monthly1487