Namizəd üçün tələblər:
- Ali təhsil mütləqdir.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- İngilis dili biliyi, yazılı və şifahi ünsiyyət bacarığı.
- Aconex platforması ilə işləmək bacarığı.
- Görüş qeydlərinin (Meeting Notes) və iclas protokollarının hazırlanması bacarığı.
- Texniki və inzibati sənədlərlə işləmək bacarığı.
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları.
- Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı.
- Yaş həddi: 21–35.
İş haqqında məlumat:
- Layihələr üzrə daxil olan bütün texniki və inzibati sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi.
- Sənədlərin daxili prosedur və standartlara uyğunluğunun yoxlanılması.
- Aconex platformasında sənədlərin yerləşdirilməsi, yenilənməsi, paylaşılması və versiyalarının izlənilməsi.
- Layihə komandası (mühəndislər, dizaynerlər və digər şöbələr) ilə sənəd mübadiləsinin koordinasiyası.
- Müştəri və podratçılarla sənədlərin rəsmi qaydada paylaşılması və izlənilməsi.
- Görüşlərdə iştirak edilməsi, müzakirələrin qeydə alınması və Meeting Notes sənədlərinin hazırlanması.
- Sənəd dövriyyəsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Sənədlərin məxfilik qaydalarına uyğun idarə olunmasının təmin edilməsi.
İş şəraiti
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 900 AZN
- İş yeri: Tikinti ərazisi
- Layihənin müddəti: 1 il
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Sənədlər üzrə mütəxəssis” adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.