Vəzifə haqqında:
Subway Azerbaijan “Briqada üzvü” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır!
Əsas öhdəliklər:
- Restoranın xidmət standartlarına uyğun olaraq qonaqları nəzakətlə qəbul etmək;
- Menyuda olan məhsullar, onların tərkibi və hazırlanma üsulları barədə qonaqlara məlumat vermək;
- Menyu və resept standartlarına uyğun olaraq sendviçlərin hazırlanması;
- Qonaqların sifarişlərini dinləmək və onların fərdi istəklərinə uyğun olaraq məhsulun hazırlanması;
- Məhsulların təqdimat və keyfiyyət standartlarına əməl etmək;
- Qonaqların məmnuniyyətini təmin etmək üçün operativ və keyfiyyətli xidmət göstərmək;
- İş sahəsinin, hazırlıq masalarının və avadanlıqların təmizliyini təmin etmək;
- Tullantıların düzgün şəkildə toplanmasını və utilizasiyasını təmin etmək;
- Restoranın açılış və bağlanış prosedurlarında iştirak etmək;
- Yeni əməkdaşların təlim prosesində iştirak etmək;
- Restoranın ümumi təmizliyinin və səliqəsinin qorunması;
- Məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə nəzarət etmək;
- Günlük hazırlıq işlərinin icra edilməsi, ingredientlərin vitrinə və ya servis sahəsinə yerləşdirilməsi;
- Məhsul ehtiyatının yoxlanılması və lazım olduqda rəhbərliyə məlumat vermək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 1 il iş təcrübəsinin olması;
- Gülərüz olmaq, komandada işləmək bacarığı;
- Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
- Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
- Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında:
Subway restoranlar şəbəkəsi artıq Azərbaycanda fəaliyyətə başlayacaq. Brendin əsas məqsədi hansı ölkədə fəaliyyət göstərməsindən aslı olmayaraq müştərilərə eyni keyfiyyət və təcrübəni təqdim etməkdir. Restoranlar brendin xidmət və keyfiyyət standartları əsasında fəaliyyət göstərəcək. Restoran şəbəkələrinin genişlənmə prinsipi planlı və mərhələli inkişaf strategiyasına əsaslanır.