“Absheron Hospitality Group” MMC “İstismar xidmətləri üzrə nəzarətçi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
- Elektrik və mexaniki sistemlərdə profilaktik baxış və texniki servis işlərini plan üzrə həyata keçirmək;
- Qaz, su və elektrik sistemlərinin təhlükəsiz işləməsini təmin etmək;
- Gözlənilməz texniki nasazlıqlar zamanı operativ müdaxilə etmək, zəruri hallarda xarici servis xidmətləri ilə əlaqə qurmaq və təmir prosesinə nəzarət etmək;
- Avadanlıqların sazlanması, quraşdırılması, nizamlanması və sınaq
yoxlamasını həyata keçirmək, sistemin sazlığı vəziyyətinə nəzarət etmək; - Yeni texnikanın və inkişaf etmiş texnologiyanın tətbiqinin, səmərələşdirici təkliflərin iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək;
- Yerinə yetirilən işlər üzrə sənədləri qəbul etmək, onların vaxtında icrasını və
saxlanılmasını təmin etmək; - İşi ilə əlaqəli hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirmək,
emal etmək və hazırlamaq; - Texniki və istilik, həmçinin soyutma və havalandırma avadanlıqlarının, sobaların, nasosların, transformatorların, elektrik cihazlarının və s. təmiri və texniki xidməti üçün işlərə nəzarət etmək, onları əlaqələndirmək və planlaşdırmaq;
- Elektrik və mexaniki sistemlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
- Tutduğu vəzifə üzrə normativ hüquqi aktları bilmək;
- Hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki
şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək; - İstifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş
prinsiplərini və istismar qaydalarını bilmək; - Avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını: məlumatların
alınması, emalı və ötürülməsinin texniki vasitələrini bilmək; - Microsoft Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması;
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Göndərilən emaillərin subject hissəsinə “İstismar xidmətləri üzrə nəzarətçi” yazılmalıdır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.