İT texniki dəstək mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İT texniki dəstək mütəxəssisi

  • Deadline 26 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“NG SKY” MMC “İT texniki dəstək mütəxəssisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır!

Əsas öhdəliklər:

  • Müəssisənin baş ofis və filiallarından daxil olan texniki müraciətləri qəbul etmək, qeydiyyata almaq və müəyyən edilmiş prosedurlara uyğun olaraq həll etmək;
  • Kompüter, noutbuk, printer, POS sistemləri, şəbəkə avadanlıqları və digər informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və texniki xidmətini həyata keçirmək;
  • Yeni fəaliyyətə başlayan filialların və yeni iş yerlərinin informasiya texnologiyaları infrastrukturu ilə təchiz edilməsində iştirak etmək, zəruri avadanlıq və proqram təminatlarının quraşdırılmasını təmin etmək;
  • İstifadəçi hesablarının, korporativ elektron poçt ünvanlarının, informasiya sistemlərinə giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və ləğv edilməsini həyata keçirmək;
  • Lokal şəbəkə, internet bağlantısı və əlaqəli şəbəkə xidmətlərində yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək və onların fasiləsiz fəaliyyətinə nəzarət etmək;
  • İT avadanlıqlarının inventar uçotunu aparmaq, onların texniki vəziyyətini mütəmadi olaraq qiymətləndirmək, təmir, yenilənmə və əlavə təchizat ehtiyaclarını müəyyənləşdirmək;
  • Məlumatların ehtiyat nüsxələrinin (backup) yaradılması prosesində iştirak etmək, ehtiyat nüsxələrin saxlanılmasına və bərpasına dəstək göstərmək;

Vəzifə üzrə əsas tələblər:

  • Help Desk və ya İT dəstək sahəsində minimum 1 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və idarə edilməsi üzrə biliklər;
  • Kompüter avadanlıqları, lokal şəbəkələr və internet texnologiyaları üzrə baza bilikləri;
  • İstifadəçilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Microsoft Office proqramları (Word, Excel, Outlook, PowerPoint və s.) üzrə biliklər;
  • Texniki sənədlərin, təlimatların və hesabatların hazırlanması qaydaları üzrə biliklər;

Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily8
  • Weekly556
  • Monthly2625