Subway Azerbaijan Subway Azerbaijan
  • 309

Subway Azerbaijan

Biznes

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“NG SKY” MMC “Mühasib” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır!

Əsas öhdəliklər:

  • Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi;
  • Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsi;
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası;
  • Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi;
  • Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
  • Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması;
  • Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi;
  • Audit və yoxlama zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim edilməsi;
  • Müəssisənin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibat balansının, mənfəət və zərər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti hesabatının və kapitalda dəyişikliklər hesabatının tərtib edilməsi;
  • Dövlət qurumlarına (Vergi orqanları, Statistika Komitəsi və digər aidiyyəti orqanlar) hesabatların vaxtında və düzgün təqdim edilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və elektron qaydada təqdim olunması;
  • Müştərilər və təchizatçılarla hesablaşmaların uçotunun aparılması;
  • Bank əməliyyatlarının (köçürmələr, ödəniş tapşırıqları və s.) həyata keçirilməsi və uçotunun aparılması;
  • Mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində saxlanılmasının təmin edilməsi;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 1-3 il iş təcrübəsinin olması;
  • Maliyyə hesabatlarının tərtib olunması istiqamətində təcrübənin olması;
  • Elektron vergi sistemləri ilə işləmək bacarığının olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • İngilis dili biliklərinin olması üstünlükdür;
  • Mühasibat proqramlarında işləmək (məsələn, 1C, ERP sistemləri və s.);
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • MS Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması;

Şirkət haqqında:

“NG SKY” MMC məşhur qida brendi Subway International ilə master françayzinq müqaviləsi çərçivəsində ölkədə Subway restoranlar şəbəkəsinin istifadəyə verilməsi və şəbəkənin genişləndirilməsi proseslərinə başlamışdır. Subway, dünyada minlərlə restoranı idarə edən tanınmış sendviç brendidir. Qlobal françayzinq modeli altında fəaliyyət göstərən Subway, biznes fəaliyyətini həyata keçirdiyi bütün ölkələrdə vahid standartlara və əməliyyat prosedurlarına riayət edir.
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily2
  • Weekly601
  • Monthly2491