Vəzifə haqqında:
“NG SKY” MMC “Restoran meneceri” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur; Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əsas öhdəliklər:
- Restoranın gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil və idarə etmək;
- İşçilərin səmərəli iş bölgüsünün təşkili və məsuliyyətlərin təyin edilməsi (idarəetmə üzvləri, xidmət əməkdaşları və s.);
- İşçi heyətinin iş qrafiklərini tərtib etmək və tərtib olunmuş iş vaxtı rejiminə əməl olunmasını təmin etmək;
- İstehsalat və xidmət proseslərinin düzgün təşkili və davamlılığın təmin olunması;
- Yeni işə qəbul olunan işçilərin seçim prosesində iştirak etmək;
- Yeni işə qəbul olunan işçilərin adaptasiya proseslərini təşkil etmək, təlim ehtiyaclarının müəyyən olunması və təlimlərin təşil edilməsi;
- İşçi heyətinin motivasiyası, inkişafı və performansının qiymətləndirilməsi;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması üçün tədbirlərin görülməsi;
- Şikayət və təkliflərin araşdırılması və operativ həll olunması;
- Müştəri şikayətlərini və ya rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün təkliflər vermək;
- Xidmət standartlarına əməl olunmasını təmin etmək;
- Qida təhlükəsizliyi və sanitariya standartlarının qorunmasını təmin etmək;
- İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməsini təmin etmək;
- Büdcənin hazırlanması prosesində iştirak etmək və icrasına nəzarət olunması;
- Xərclərin nəzarətdə saxlanması və büdcənin optimallaşdırılması;
- Satış analizlərinin aparılması, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
- Aylıq mənfəət və zərər hesabatının hazırlanması;
- Satış və gəlirlərin artırılması üçün təşəbbüslər irəli sürülməsi;
- Texniki avadanlıqların, inventarların işlək vəziyyətdə saxlanılması və zəruri texniki xidmətlərin təşkili proseslərini icra etmək;
- Brendin tanınması və müştəri bazasının genişləndirilməsi üçün təşəbbüslər göstərmək;
- Kassa və POS əməliyyatlarını yoxlamaq və nəzarətdə saxlamaq;
- Nizam-intizamın və əmək intizamının qorunmasına nəzarət etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
- İşçilər arasında əməkdaşlığı təşviq etmək;
- Konfliktlərin effektiv şəkildə idarə olunması;
- Şikayətlərin peşəkar şəkildə həlli;
- Menyunun idarə olunması;
- Büdcə planlaşdırılması və xərclərin idarə olunması;
- Gigiyena və sanitariya standartlarını bilmək;
- Rus və ya İngilis dili biliklərinin olması;
- Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
- Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.