Subway Azerbaijan Subway Azerbaijan
  • 671

Subway Azerbaijan

Бизнес

Restoran meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Restoran meneceri

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə haqqında:

“NG SKY” MMC “Restoran meneceri” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur; Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əsas öhdəliklər:

  • Restoranın gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil və idarə etmək;
  • İşçilərin səmərəli iş bölgüsünün təşkili və məsuliyyətlərin təyin edilməsi (idarəetmə üzvləri, xidmət əməkdaşları və s.);
  • İşçi heyətinin iş qrafiklərini tərtib etmək və tərtib olunmuş iş vaxtı rejiminə əməl olunmasını təmin etmək;
  • İstehsalat və xidmət proseslərinin düzgün təşkili və davamlılığın təmin olunması;
  • Yeni işə qəbul olunan işçilərin seçim prosesində iştirak etmək;
  • Yeni işə qəbul olunan işçilərin adaptasiya proseslərini təşkil etmək, təlim ehtiyaclarının müəyyən olunması və təlimlərin təşil edilməsi;
  • İşçi heyətinin motivasiyası, inkişafı və performansının qiymətləndirilməsi;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması üçün tədbirlərin görülməsi;
  • Şikayət və təkliflərin araşdırılması və operativ həll olunması;
  • Müştəri şikayətlərini və ya rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün təkliflər vermək;
  • Xidmət standartlarına əməl olunmasını təmin etmək;
  • Qida təhlükəsizliyi və sanitariya standartlarının qorunmasını təmin etmək;
  • İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməsini təmin etmək;
  • Büdcənin hazırlanması prosesində iştirak etmək və icrasına nəzarət olunması;
  • Xərclərin nəzarətdə saxlanması və büdcənin optimallaşdırılması;
  • Satış analizlərinin aparılması, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Aylıq mənfəət və zərər hesabatının hazırlanması;
  • Satış və gəlirlərin artırılması üçün təşəbbüslər irəli sürülməsi;
  • Texniki avadanlıqların, inventarların işlək vəziyyətdə saxlanılması və zəruri texniki xidmətlərin təşkili proseslərini icra etmək;
  • Brendin tanınması və müştəri bazasının genişləndirilməsi üçün təşəbbüslər göstərmək;
  • Kassa və POS əməliyyatlarını yoxlamaq və nəzarətdə saxlamaq;
  • Nizam-intizamın və əmək intizamının qorunmasına nəzarət etmək;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
  • İşçilər arasında əməkdaşlığı təşviq etmək;
  • Konfliktlərin effektiv şəkildə idarə olunması;
  • Şikayətlərin peşəkar şəkildə həlli;
  • Menyunun idarə olunması;
  • Büdcə planlaşdırılması və xərclərin idarə olunması;
  • Gigiyena və sanitariya standartlarını bilmək;
  • Rus və ya İngilis dili biliklərinin olması;
  • Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
  • Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
  • Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly554
  • Monthly1125