Summer Schools Azerbaijan Summer Schools Azerbaijan
  • 134

Summer Schools Azerbaijan

Təhsil

Yay düşərgələri üçün müəllim

Yay düşərgələri üçün müəllim

  • Deadline 2 May 2026

Yay düşərgələri üçün müəllimlər axtarılır!

“Summer Schools Azerbaijan” artıq 11 ildir ki, 5–16 yaş arası uşaqlar üçün yüksək keyfiyyətli və inkişafyönümlü yay düşərgələri təşkil edir.

Komandamıza uşaqların inkişafını və gündəlik fəaliyyətlərini effektiv şəkildə idarə edəcək məsuliyyətli və enerjili müəllimlər axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Uşaqların gündəlik fəaliyyətlərinə nəzarət etmək və aktiv iştiraklarını təmin etmək
  • Fəaliyyətlərin (oyunlar, təlimlər, ekskursiyalar və s.) təşkilində iştirak etmək •Uşaqlarla effektiv ünsiyyət qurmaq və onların inkişafını dəstəkləmək
  • Qrup daxilində intizamı qorumaq

İş haqqında məlumat:

  • İş qrafiki: 10:00 – 17:00 (həftəiçi 5 gün)
  • Müddət: 22 iyun – 28 avqust (minimum 4 həftə iştirak etməlidir)
  • Nəqliyyat və qidalanma təmin olunur (gediş: 08:00, qayıdış: 18:00)
  • Sertifikat və referans məktubu təqdim edilir.
  • Tələbələr də müraciət edə bilər.

Əmək haqqı namizədin təcrübəsi və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq.

Düşərgələr Xəzri İstirahət Mərkəzində (Bilgəh) və Dreamland ərazilərində keçiriləcək.

Düşərgələrdən əvvəl seçilən namizədlərə təlimlər keçirilir. Təlimlər may–iyun aylarında həftəsonu təşkil olunacaq.

Müraciət Et düyməsində göstərilən qeydiyyat formunu dolduraraq müraciətinizi göndərə bilərsiniz.

  • Daily0
  • Weekly406
  • Monthly231