İş şəraiti
- İş yeri: ‘’SuperToys MMC’’ Sədərək TM
- Əmək haqqı: 1500 AZN
İşin təsviri:
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
- Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və uyğunlaşdırılmasını təmin etmək;
- Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və çıxarışlarla düzgün uzlaşdırmanı aparmaq;
- Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
- Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
- Mənfəət və zərər (P&L), Balans hesabatı ,Pul vəsaiti hesabatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;
Tələblər:
- Mühasibatlıq və əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
- Pərakəndə satış (retail) sahəsində təcrübə üstünlükdür;
- ERP proqramlarında işləmə bacarığı;
- Microsoft Office proqramlarını — xüsusilə Excel — yaxşı səviyyədə bilmək;
- Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa hesabatı) orta səviyyədə bilik və praktiki bacarıq;
- Real mühasibat uçotu üzrə biliklərinin kifayət qədər olması və inkişaf etdirməyə açıq olmaq;
- Öz üzərində daimi işləmək, yeni bilik və bacarıqları qavramaqda aktiv yanaşma;
- Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Problem həll etmə və qərarvermə bacarığı;
Komandamızda olmaq istəyən namizədlər “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Mühasib“ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.