İş şəraiti:
- İş yeri: Supertoys MMC, Sədərək TM
- İş rejimi: Tam ştat (6 gün)
Vəzifə öhdəlikləri:
- Atraksion bazarının davamlı olaraq araşdırılması və inkişaf istiqamətlərinin müəyyən edilməsi
- Yeni atraksion layihələrinin araşdırılması, qiymətləndirilməsi və təqdimatı
- Tərəfdaşlarla danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
- Atraksionların satış və gəlir göstəricilərinin təhlili və inkişaf planlarının hazırlanması
- Rəqib analizlərinin aparılması və trendlərin izlənməsi
- Marketinq və reklam komandası ilə birlikdə kampaniyaların planlaşdırılması
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq, Menecment və ya oxşar sahələr üzrə)
- Ən azı 2 il biznes inkişafı və ya satış sahəsində təcrübə
- Analitik düşüncə və bazar təhlili bacarığı
- Yaradıcı yanaşma və innovativ ideyalar təklif etmək qabiliyyəti
- Effektiv ünsiyyət və təqdimat bacarığı
- Komandada və müstəqil işləmə bacarığı
- MS Office və ya digər analitik proqramlarla işləmə bacarığı
- Azərbaycan dili səlis, rus və ya ingilis dili bilikləri üstünlükdür
Təklif etdiyimiz:
- Rəqabətə uyğun əmək haqqı və bonus sistemi
- Dinamik və yaradıcı kollektiv
- Əyləncə və xidmət sahəsində unikal layihələrlə işləmək fürsəti
Müraciət üçün: CV-nizi və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.