Super Toys Super Toys
  • 458

Biznesin İnkişafı üzrə Menecer (Atraksion sahəsi üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin İnkişafı üzrə Menecer (Atraksion sahəsi üzrə)

  • Deadline 10 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Supertoys MMC, Sədərək TM
  • İş rejimi: Tam ştat (6 gün)

Vəzifə öhdəlikləri:

  • Atraksion bazarının davamlı olaraq araşdırılması və inkişaf istiqamətlərinin müəyyən edilməsi
  • Yeni atraksion layihələrinin araşdırılması, qiymətləndirilməsi və təqdimatı
  • Tərəfdaşlarla danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
  • Atraksionların satış və gəlir göstəricilərinin təhlili və inkişaf planlarının hazırlanması
  • Rəqib analizlərinin aparılması və trendlərin izlənməsi
  • Marketinq və reklam komandası ilə birlikdə kampaniyaların planlaşdırılması

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, Menecment və ya oxşar sahələr üzrə)
  • Ən azı 2 il biznes inkişafı və ya satış sahəsində təcrübə 
  • Analitik düşüncə və bazar təhlili bacarığı
  • Yaradıcı yanaşma və innovativ ideyalar təklif etmək qabiliyyəti
  • Effektiv ünsiyyət və təqdimat bacarığı
  • Komandada və müstəqil işləmə bacarığı
  • MS Office və ya digər analitik proqramlarla işləmə bacarığı
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili bilikləri üstünlükdür

Təklif etdiyimiz:

  • Rəqabətə uyğun əmək haqqı və bonus sistemi
  • Dinamik və yaradıcı kollektiv
  • Əyləncə və xidmət sahəsində unikal layihələrlə işləmək fürsəti

Müraciət üçün: CV-nizi və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily4
  • Weekly463
  • Monthly2209