Əsas vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
- Satış göstəricilərinin təhlili və nəticələrin izlənməsi;
- Kampaniyaların effektivliyinin analizi və nəticələrinin qiymətləndirilməsi;
- Satışın və gəlirliliyin artırılması üçün analitik təkliflərin hazırlanması və təqdim edilməsi;
- Aylıq kateqoriya satış planlarının (forecast) hazırlanması və faktiki nəticələrlə müqayisəsi;
- Anbar qalığı və dövriyyə sürətinin təhlili;
- Stock-out və overstock vəziyyətlərinin analizi və hesabatların hazırlanması;
- İşlərin optimallaşdırılması və proseslərin daha sürüətli və rahat getməsi məqsədi ilə müxtəlif analitik hesabatların və təhlillərin hazırlanması.
Namizədə tələblər:
- 1 ildən az olmayaraq data analitiki kimi iş təcrübəsi
- Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya biznes analitikası sahəsində);
- Excel və Power BI proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə tərzi və məlumatları aydın şəkildə təqdimetmə bacarığı;
- Satış və kommersiya göstəriciləri ilə işləmə təcrübəsi;
- Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı.
Üstünlük veriləcək namizədlər:
- FMCG və ya satış yönümlü şirkətlərdə analitik vəzifələrdə təcrübə;
- Proqnozlaşdırma (forecasting) üzrə təcrübə
İş yeri: Supertoys Sədərək ofisi
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Data Analitik” başlığı ilə göndərməyiniz xahiş olunur.