Mağaza Meneceri (Dəniz Mall)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza Meneceri (Dəniz Mall)

  • Deadline 16 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supertoys komandası böyüməyə davam edir! Biz Dəniz Mall filialı üçün işinə peşəkar yanaşan, liderlik bacarıqları olan Mağaza Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mağazada Supertoys standartlarının və rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək
  • Mağazanın gündəlik açılıb-bağlanması, təmizlik və işə hazırlığa nəzarət etmək
  • Merçendayzinq, texniki proseslər və sistemlərin fasiləsiz işini təşkil etmək
  • Komandanı idarə etmək, motivasiya vermək və gündəlik tapşırıqları bölüşdürmək
  • Satış hədəflərini planlaşdırmaq və kampaniyaların icrasına nəzarət etmək
  • Müştəri məmnuniyyətini təmin etmək, VIP və xüsusi müştərilərə yüksək səviyyədə xidmət göstərmək
  • Anbar, kassa və stok idarəsini təşkil etmək
  • Satışın artırılması üçün təkliflər hazırlamaq, performans və hesabatlar təqdim etmək
  • Təhlükəsizlik, əməyin mühafizəsi və sanitar qaydalara əməl olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Ali təhsil (idarəetmə və ya satış sahəsində üstünlük verilir)
  • Minimum 3 il pərakəndə satış sahəsində idarəetmə təcrübəsi
  • Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri
  • Güclü ünsiyyət və problem həll etmə bacarığı
  • Stresə davamlılıq, təşəbbüskarlıq və inkişaf yönümlülük
  • Rus dili biliyi mütləqdir (Azərbaycan dili yüksək səviyyədə, ingilis dili arzuolunandır)
  • MS Office və satış proqramları ilə işləmə bacarığı

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf 
  • Dinamik və dostyana iş mühiti

Müraciət üçün: CV-lərinizi “Mağaza Meneceri – Dəniz Mall” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily27
  • Weekly266
  • Monthly1538