Super Toys Super Toys
  • 169

Mağaza Meneceri (Masazır)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza Meneceri (Masazır)

  • Deadline 9 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supertoys komandası böyüməyə davam edir! 

Qeyd - Sumqayıtdan sonra yeni filialımız Masazırda açılır. 

Vəzifə öhdəlikləri:

  • Mağazada Supertoys standartlarının və rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək
  • Mağazanın gündəlik açılıb-bağlanması, təmizlik və işə hazırlığa nəzarət etmək
  • Merçendayzinq, texniki proseslər və sistemlərin fasiləsiz işini təşkil etmək
  • Komandanı idarə etmək, motivasiya vermək və gündəlik tapşırıqları bölüşdürmək
  • Satış hədəflərinin icrasını təmin etmək və kampaniyaların icrasına nəzarət etmək
  • Müştəri məmnuniyyətini təmin etmək, VIP və xüsusi müştərilərə yüksək səviyyədə xidmət göstərmək
  • Anbar, kassa və stok idarəsini təşkil etmək
  • Satışın artırılması üçün təkliflər hazırlamaq, performans və hesabatlar təqdim etmək
  • Təhlükəsizlik, əməyin mühafizəsi və sanitar qaydalara əməl olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Ali təhsil (idarəetmə və ya satış sahəsində üstünlük verilir)
  • Minimum 2 il pərakəndə satış sahəsində idarəetmə  təcrübəsi
  • Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri
  • Güclü ünsiyyət və problem həll etmə bacarığı
  • Stresə davamlılıq, təşəbbüskarlıq və inkişaf yönümlülük
  • Analitik düşünmə, satış göstəricilərini və performansı təhlil etmə bacarığı
  • MS Office və satış proqramları ilə işləmə bacarığı

 Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf 
  • Dinamik və dostyana iş mühiti

Əmək haqqı 1200-1500 azn (1000 Azn+bonus)

CV-lərinizi “Mağaza Meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily7
  • Weekly706
  • Monthly1090