İş şəraiti
- İş yeri: ‘’SuperToys MMC’’ 20 yanvar Ofisi
- Əmək haqqı: 800 AZN
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
- İşçilərin davamiyyətinin, məzuniyyətlərinin və iş qrafiklərinin aparılması və nəzarətdə saxlanılması
- Şəxsi işlərin formalaşdırılması və HR məlumat bazasının düzgün şəkildə idarə olunması
- Kadr əməliyyatlarının Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun icrasının təmin edilməsi
Namizədə tələblər:
- Xanım namizədlərə üstünlük verilir
- Kadr əməliyyatları sahəsində müvafiq iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək
- Diqqətli, məsuliyyətli və sistemli işləmə bacarığı
- MS Office proqramları və HR sistemləri ilə işləmə bacarığı
Şirkət tərəfindən təklif olunur:
- Rəsmi əmək münasibətləri
- Stabil və peşəkar iş mühiti
- Davamlı inkişaf və öyrənmə imkanları
- Dəstəkçi və əməkdaşlığa açıq HR komandası
Namizədlər CV-lərini mövzu hissəsində “Kadr və əməliyyatlar üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.