Vəzifə öhdəlikləri:
- Vergi (ƏDV, Mənfəət, ÖMV, SV), DSMF və Statistika hesabatlarının hazırlanması;
- Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin dəqiq hesablanılmasını və vaxtında ödənilməsini təmin etmək;
- Debitor və kreditor borclarına nəzarət edilməsi, üzləşmə aparılaraq akt tərtib olunması;
- Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
- Bank və kassa əməliyyatlarının icrası;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişlərinin icrası;
- Baş vermiş əməliyyatların 1C proqramına daxil edilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında hesabatların hazırlanması;
- Mal-material ehtiyyatlarının və əsas vəsaitlərin dəqiq uçotunun aparılması;
- Mühasiblərin işinə nəzarət etmək.
Namizədə tələblər:
- Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il;
- 1C proqramı ilə iş təcrübəsi;
- Peşəkar Mühasib Sertifikatı;
- Analitik təhlil etmək qabiliyyəti;
- Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
- Məsuliyyət və dəqiqlik.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.