Aparıcı mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı mühasib

  • Истекает 22 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Vergi (ƏDV, Mənfəət, ÖMV, SV), DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin dəqiq hesablanılmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Debitor və kreditor borclarına nəzarət edilməsi, üzləşmə aparılaraq akt tərtib olunması;
  • Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişlərinin icrası;
  • Baş vermiş əməliyyatların 1C proqramına daxil edilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında hesabatların hazırlanması;
  • Mal-material ehtiyyatlarının və əsas vəsaitlərin dəqiq uçotunun aparılması;
  • Mühasiblərin işinə nəzarət etmək.

Namizədə tələblər:

  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il;
  • 1C proqramı ilə iş təcrübəsi;
  • Peşəkar Mühasib Sertifikatı;
  • Analitik təhlil etmək qabiliyyəti;
  • Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Məsuliyyət və dəqiqlik.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

  • Daily25
  • Weekly606
  • Monthly1855