Vəzifənin məqsədi:
- Şirkətin satış fəaliyyəti və biznes göstəricilərinin təhlil edilməsi, rəhbərliyin qərarvermə prosesinin məlumatlarla təmin olunması, biznes proseslərinin optimallaşdırılması və gəlirliliyin artırılması məqsədilə analitik həllərin hazırlanması.
Vəzifə öhdəlikləri:
- Biznes performansının qiymətləndirilməsi üçün hesabatlar, dashboardlar və vizualizasiyaların hazırlanması;
- Məhsul kateqoriyaları və məhsul portfeli üzrə satış, marja, dövriyyə və gəlirlilik göstəricilərinin təhlil edilməsi;
- Satış kanalları, məhsul kateqoriyaları və filiallar üzrə performans təhlillərinin aparılması;
- KPI göstəricilərinin monitorinqi, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Mövcud biznes proseslərinin araşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Satış nəticələrinin təhlili, satış proqnozlarının hazırlanması, trend və mövsümsellik analizlərinin aparılması;
- Müştəri bazasının segmentasiyası və müxtəlif hədəf qrupları üzrə təhlillərin aparılması;
- Bazar, rəqiblər və fəaliyyət sahəsi üzrə tendensiyaların araşdırılması, müqayisəli təhlillərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- ERP, CRM və digər məlumat mənbələrindən əldə olunan məlumatların təhlili, məlumat keyfiyyətinə nəzarətin təmin edilməsi;
- Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik modellərin, proqnozların və ssenari analizlərinin hazırlanması;
- Rəhbərliyə aylıq, rüblük və illik biznes hesabatlarının təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Maliyyə, Statistika və ya əlaqəli sahələr üzrə);
- Biznes analitikası, məlumatların təhlili və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- Biznes analizi metodologiyaları və performans idarəetmə alətləri üzrə biliklər;
- KPI göstəricilərinin hazırlanması, monitorinqi və təhlili üzrə təcrübə;
- MS Office proqramları üzrə yüksək səviyyədə bilik, xüsusilə MS Excel;
- Power BI, Tableau və ya digər məlumat vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlük hesab olunur;
- Riyazi təfəkkür və məlumatlarla işləmə bacarığı;
- Güclü analitik və məntiqi düşüncə qabiliyyəti;
- Hesabat hazırlama və təqdimat bacarıqları;
- Zamanın effektiv idarə olunması və paralel tapşırıqların icrası bacarığı;
- Diqqətlilik, detallara həssaslıq və məsuliyyətlilik;
- Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dili bilikləri üstünlükdür.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznes analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.