Biznes analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes analitik

  • Deadline 4 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi: 

  • Şirkətin satış fəaliyyəti və biznes göstəricilərinin təhlil edilməsi, rəhbərliyin qərarvermə prosesinin məlumatlarla təmin olunması, biznes proseslərinin optimallaşdırılması və gəlirliliyin artırılması məqsədilə analitik həllərin hazırlanması.

Vəzifə öhdəlikləri:

  • Biznes performansının qiymətləndirilməsi üçün hesabatlar, dashboardlar və vizualizasiyaların hazırlanması;
  • Məhsul kateqoriyaları və məhsul portfeli üzrə satış, marja, dövriyyə və gəlirlilik göstəricilərinin təhlil edilməsi;
  • Satış kanalları, məhsul kateqoriyaları və filiallar üzrə performans təhlillərinin aparılması;
  • KPI göstəricilərinin monitorinqi, təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Mövcud biznes proseslərinin araşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Satış nəticələrinin təhlili, satış proqnozlarının hazırlanması, trend və mövsümsellik analizlərinin aparılması;
  • Müştəri bazasının segmentasiyası və müxtəlif hədəf qrupları üzrə təhlillərin aparılması;
  • Bazar, rəqiblər və fəaliyyət sahəsi üzrə tendensiyaların araşdırılması, müqayisəli təhlillərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • ERP, CRM və digər məlumat mənbələrindən əldə olunan məlumatların təhlili, məlumat keyfiyyətinə nəzarətin təmin edilməsi;
  • Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik modellərin, proqnozların və ssenari analizlərinin hazırlanması;
  • Rəhbərliyə aylıq, rüblük və illik biznes hesabatlarının təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Maliyyə, Statistika və ya əlaqəli sahələr üzrə);
  • Biznes analitikası, məlumatların təhlili və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • Biznes analizi metodologiyaları və performans idarəetmə alətləri üzrə biliklər;
  • KPI göstəricilərinin hazırlanması, monitorinqi və təhlili üzrə təcrübə;
  • MS Office proqramları üzrə yüksək səviyyədə bilik, xüsusilə MS Excel;
  • Power BI, Tableau və ya digər məlumat vizuallaşdırma alətləri ilə işləmə bacarığı üstünlük hesab olunur;
  • Riyazi təfəkkür və məlumatlarla işləmə bacarığı;
  • Güclü analitik və məntiqi düşüncə qabiliyyəti;
  • Hesabat hazırlama və təqdimat bacarıqları;
  • Zamanın effektiv idarə olunması və paralel tapşırıqların icrası bacarığı;
  • Diqqətlilik, detallara həssaslıq və məsuliyyətlilik;
  • Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dili bilikləri üstünlükdür.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznes analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

  • Daily0
  • Weekly570
  • Monthly570