İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Home & Dekor kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılmasında iştirak, yeni məhsulların seçilməsi üçün ilkin araşdırmalar aparmaq
- Bazarın alt-seqmentləri üzrə trend, rəqabət və qiymət analizləri hazırlamaq
- Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün planlama, proqnoz və təkliflərin hazırlanması
- Təchizatçılar üzrə ilkin məlumatların toplanması, qiymət və şərtlərin müqayisə cədvəllərinin hazırlanması
- Qiymət siyasəti üçün araşdırma, rəqib qiymət monitorinqi və qiymət yenilənməsi təkliflərinin hazırlanması
- Stok səviyyələrinin təhlili, Overstock/Stockout risklərinin müəyyənləşdirilməsi və sifariş planlaması üçün məlumatların hazırlanması
- Məhsul çeşidi, satış dinamikası və kateqoriya performansı üzrə aylıq və ya həftəlik hesabatlar hazırlamaq
- Qablaşdırma, MOQ, spesifikasiya, nümunə təsdiqləri və təchizatçı ilə kommunikasiya prosesinə dəstək
- Kateqoriya meneceri tərəfindən verilən gündəlik əməli tapşırıqları yerinə yetirmək
Tələblər:
- Home & Dekor sahəsində satış və ya kateqoriya üzrə təcrübə (minimum 1–2 il)
- İngilis dili biliyi mütləqdir (yazılı və şifahi — təchizatçılarla ünsiyyət və məhsul araşdırmaları üçün)
- Excel / Google Sheets-də hesabat hazırlama bacarığı
- Analitik düşüncə və bazar dəyişikliklərini təhlil edə bilmə qabiliyyəti
- Komanda işi və vaxtında tapşırıq icrası
- Yüksək məsuliyyət və diqqətlilik
Təminatlar:
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
- Karyera yüksəlişi
- Rəqabətədavamlı əmək haqqı
- Nahar ilə təmin edilmə;
- KPI sisteminin tətbiqi;
- Korporativ mobil nömrə.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya menecerinin köməkçisi ( Home&Décor )” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.