Kateqoriya menecerinin köməkçisi (Home&Décor)

  • Истекает 26 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri 

Vəzifə öhdəlikləri:

  • Home & Dekor kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılmasında iştirak, yeni məhsulların seçilməsi üçün ilkin araşdırmalar aparmaq
  • Bazarın alt-seqmentləri üzrə trend, rəqabət və qiymət analizləri hazırlamaq
  • Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün planlama, proqnoz və təkliflərin hazırlanması
  • Təchizatçılar üzrə ilkin məlumatların toplanması, qiymət və şərtlərin müqayisə cədvəllərinin hazırlanması
  • Qiymət siyasəti üçün araşdırma, rəqib qiymət monitorinqi və qiymət yenilənməsi təkliflərinin hazırlanması
  • Stok səviyyələrinin təhlili, Overstock/Stockout risklərinin müəyyənləşdirilməsi və sifariş planlaması üçün məlumatların hazırlanması
  • Məhsul çeşidi, satış dinamikası və kateqoriya performansı üzrə aylıq və ya həftəlik hesabatlar hazırlamaq
  • Qablaşdırma, MOQ, spesifikasiya, nümunə təsdiqləri və təchizatçı ilə kommunikasiya prosesinə dəstək
  • Kateqoriya meneceri tərəfindən verilən gündəlik əməli tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Home & Dekor sahəsində satış və ya kateqoriya üzrə təcrübə (minimum 1–2 il)
  • İngilis dili biliyi mütləqdir (yazılı və şifahi — təchizatçılarla ünsiyyət və məhsul araşdırmaları üçün)
  • Excel / Google Sheets-də hesabat hazırlama bacarığı
  • Analitik düşüncə və bazar dəyişikliklərini təhlil edə bilmə qabiliyyəti
  • Komanda işi və vaxtında tapşırıq icrası
  • Yüksək məsuliyyət və diqqətlilik

Təminatlar:

  • Peşəkar inkişaf və təlim imkanları
  • Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
  • Karyera yüksəlişi 
  • Rəqabətədavamlı əmək haqqı
  • Nahar ilə təmin edilmə;
  • KPI sisteminin tətbiqi;
  • Korporativ mobil nömrə.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya menecerinin köməkçisi ( Home&Décor )” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

  • Daily2
  • Weekly146
  • Monthly1765