Kateqoriya üzrə menecer (Home&Décor)

  • Истекает 20 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri 

Vəzifə öhdəlikləri:

Kateqoriya idarəetməsi və məhsul portfeli

  • Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Kateqoriyanın bütün alt-seqmentləri üzrə bazar araşdırmalarını aparmaq, trendləri analiz etmək və optimal çeşid strategiyasını formalaşdırmaq;
  • Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün illik planlama, proqnozlaşdırma və kampaniya təqviminin hazırlanması;
  • Təchizatçılarla ilkin əlaqələrin qurulması, müqavilələrin hazırlanması, qiymət və şərtlər üzrə danışıqların aparılması;
  • Kateqoriyanın qiymət siyasətinin formalaşdırılması, rəqabət analizləri əsasında qiymət strategiyasının yenilənməsi; 
  • Stok idarəetməsi: tələb proqnozları, sifariş planlaması, mövsümi pik dövrlərə hazırlıq və Overstock/Stockout risklərinin qarşısının alınması;
  • Strateji təqdimatların və aylıq performans hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya
  • Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə təchizatçılarla koordinasiya

Tələblər:

Təhsil və təcrübə:

  • Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr )
  • Analitika, Home&Dekor kateqoriyaları idarəetməsi sahəsində təcrübə üstünlükdür

 Bilik və bacarıqlar:

  • Excel-də yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşüncə və detala diqqət
  • ERP və Power BI bilikləri üstünlükdür
  • Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları
  • İngilis dili (B2 səviyyəsindən aşağı olmayan)
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü
  • İnkişaf etməyə açıq
  • Operativ və təşəbbüskar

Təminatlar:

  • Peşəkar inkişaf və təlim imkanları
  • Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
  • Karyera yüksəlişi 
  • Rəqabətədavamlı əmək haqqı
  • Nahar ilə təmin edilmə;
  • KPI sisteminin tətbiqi;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya üzrə menecer (Home&Decor)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

  • Daily30
  • Weekly30
  • Monthly1920