İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
Kateqoriya idarəetməsi və məhsul portfeli
- Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Kateqoriyanın bütün alt-seqmentləri üzrə bazar araşdırmalarını aparmaq, trendləri analiz etmək və optimal çeşid strategiyasını formalaşdırmaq;
- Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün illik planlama, proqnozlaşdırma və kampaniya təqviminin hazırlanması;
- Təchizatçılarla ilkin əlaqələrin qurulması, müqavilələrin hazırlanması, qiymət və şərtlər üzrə danışıqların aparılması;
- Kateqoriyanın qiymət siyasətinin formalaşdırılması, rəqabət analizləri əsasında qiymət strategiyasının yenilənməsi;
- Stok idarəetməsi: tələb proqnozları, sifariş planlaması, mövsümi pik dövrlərə hazırlıq və Overstock/Stockout risklərinin qarşısının alınması;
- Strateji təqdimatların və aylıq performans hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya
- Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə təchizatçılarla koordinasiya
Tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr )
- Analitika, Home&Dekor kateqoriyaları idarəetməsi sahəsində təcrübə üstünlükdür
Bilik və bacarıqlar:
- Excel-də yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşüncə və detala diqqət
- ERP və Power BI bilikləri üstünlükdür
- Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları
- İngilis dili (B2 səviyyəsindən aşağı olmayan)
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü
- İnkişaf etməyə açıq
- Operativ və təşəbbüskar
Təminatlar:
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
- Karyera yüksəlişi
- Rəqabətədavamlı əmək haqqı
- Nahar ilə təmin edilmə;
- KPI sisteminin tətbiqi;
- Korporativ mobil nömrə.
Müraciət qaydaları:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya üzrə menecer (Home&Decor)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.