Vəzifə öhdəlikləri:
- Yüklərin daşınma və çatdırılma proseslərinin düzgün planlaşdırılması və nəzarətdə saxlanılması
- Logistika partnyorları və daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və koordinasiyası
- Daşınmalarla bağlı sənədləşmənin düzgün və tam şəkildə hazırlanması
- Gömrük və idxal proseslərində iştirak, uyğun sənədlərin təmin edilməsi
- Daşınma marşrutlarının optimallaşdırılması və nəqliyyat xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
- Anbar ilə əlaqəli logistik fəaliyyətlərin koordinasiyası
- Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə)
- Logistika sahəsində minimum 1 il iş təcrübəsi
- İdxal, ixrac, gömrük və nəqliyyat sənədləri üzrə biliklər
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyətli və detallara diqqətli olmaq
- Yaxşı kommunikasiya və komandada işləmə bacarığı
- Deklarant işi üzrə biliklər üstünlükdür
- ERP və ya digər logistika idarəetmə sistemləri ilə işləmək bacarığı əlavə üstünlükdür
Təminatlar:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Korporativ mobil nömrə
Ünvan - Bakı və Gəncə
Müraciət qaydaları:
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Logistika üzrə Mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.