Logistika üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Logistika üzrə Mütəxəssis

  • Deadline 13 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Yüklərin daşınma və çatdırılma proseslərinin düzgün planlaşdırılması və nəzarətdə saxlanılması
  • Logistika partnyorları və daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və koordinasiyası
  • Daşınmalarla bağlı sənədləşmənin düzgün və tam şəkildə hazırlanması
  • Gömrük və idxal proseslərində iştirak, uyğun sənədlərin təmin edilməsi
  • Daşınma marşrutlarının optimallaşdırılması və nəqliyyat xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
  • Anbar ilə əlaqəli logistik fəaliyyətlərin koordinasiyası
  • Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Namizədə tələblər:

  • Ali təhsil (Logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə)
  • Logistika sahəsində minimum 1 il iş təcrübəsi
  • İdxal, ixrac, gömrük və nəqliyyat sənədləri üzrə biliklər
  • Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
  • Analitik düşüncə, məsuliyyətli və detallara diqqətli olmaq
  • Yaxşı kommunikasiya və komandada işləmə bacarığı
  • Deklarant işi üzrə biliklər üstünlükdür
  • ERP və ya digər logistika idarəetmə sistemləri ilə işləmək bacarığı əlavə üstünlükdür

Təminatlar:

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Korporativ mobil nömrə

Ünvan -  Bakı və Gəncə

Müraciət qaydaları:

CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Logistika üzrə Mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

  • Daily9
  • Weekly792
  • Monthly1539