Namizədə dair tələblər:
- Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil;
- Pərakəndə, ticari marketinq, kateqoriya marketinqi və ya satış sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Pərakəndə promoları, paket satış, əlavə satış və qiymət kampaniyaları üzrə praktiki biliklər;
- Topdan və pərakəndə kanal konfliktləri və retailer marjası üzrə anlayış;
- Orta çek, səbətdə məhsul sayı, konversiya, ümumi marja, kampaniya artımı və gəlirlilik göstəriciləri ilə işləmək bacarığı;
Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Mağaza əməliyyatları, satış və merçendayzinq komandaları ilə koordinasiya bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət.
Vəzifələr:
- Şirkətin öz mağazaları və xüsusi pərakəndə kanalları üzrə kommersiya kampaniyalarını və satış mexanikalarını hazırlamaq;
- Ticari marketinq promoları, mövsümi kampaniyalar və kateqoriya təşviqlərini hazırlamaq;
- Mağaza satışlarının artırılması ilə yanaşı topdan müştərilərin kommersiya maraqlarını qorumaq;
- Topdan və pərakəndə qiymət fərqlərini izləmək, kanal konfliktlərinin qarşısını almaq;
- Kampaniyaların qiymət, marja və satış nəticələrini analiz etmək;
- Marka inkişafı və təchizatçı kampaniyalarını retail kanalına uyğunlaşdırmaq;
- Mağaza kampaniyaları üçün kommersiya tapşırıqlarını hazırlamaq;
- Pərakəndə İcra və Mağaza İnkişafı komandaları ilə işlərin koordinasiyasını təmin etmək;
- Satış və marja performansını izləmək, inkişaf istiqamətində təkliflər vermək.
Üstünlük veriləcək:
- İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
- Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
- İngilis dili biliyi;
- Çoxkanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
- Şəxsi avtomobilin olması.
Şirkət tərəfindən:
- Peşəkar inkişaf və öyrənmə imkanı;
- Karyera yüksəlişi;
- Peşəkar və dinamik iş mühiti;
- Əmək müqaviləsi;
İş şəraiti
- İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Əlaqə: 0512058862
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.